Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


02.03.2024  13:13 

“Qalibiyyətə bərabər məğlubiyyət yaşadıq“ -Rəvan Mahmudzadə





A+  A-


Xəzərnews.az 24media.az-a istinadla bildirir ki, “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi “CBC Sport” telekanalının aparıcısı Rəvan Mahmudzadədir. O, növbəti “Qarabağ”- “Bayer Leverkuzen” oyunu haqqında fikirlərini deyib.

-Sizcə, “Qarabağ”- “Bayer Leverkuzen” oyununun nəticəsi necə olacaq?


Bu mövsümdə, bəlkə də, illərdir ölkə futbolu adına görmək istədiyimiz mənzərə ilə qarşılaşırıq. Əslində, “Qarabağ” bu sevinci bizə illərdir yaşadır. Ardıcıl illərdir ki, avrokuboklarda artan naliyyətlərlə azarkeşləri sevindirən “köhlən atlar” bu dəfə daha bir tarixi uğura imza atdılar. Bəli, ilk dəfədir, UEFA Avropa Liqasının qrup mərhələsini geridə qoyduq və keçid play-offda da Portuqaliyanın güclü “Braqa”sını mübarizədən kənarlaşdırdıq. Əslində, bu andan sonra qazanılacaq hər nəticə bizim üçün yeni bir tarix olacaq. Avropanın ən nüfuzlu ikinci klub turniri- Avropa Liqasında rəqib “Bayer Leverkuzen” olacaq. Təbii ki, normalda bu komandanın adı bizi qorxutmalı idi. Lakin artıq avropanın “yenilməzi”ni yaxından tanıyırıq. Çünki Xabi Alonsonun komandası ilə qrup mərhələsi çərçivəsində qarşılaşmışıq. Almaniyada 1-5 hesablı məğlubiyyət motivasiyamızı azaltsa da, doğma meydanda güclü rəqibə müqavimətimiz bizə əlavə stimul verdi. Qalibiyyətə bərabər məğlubiyyət yaşadıq desəm, yeridir.

İkinci oyunda sübut etdik ki, bu komanda ilə mübarizə aparmaq olar. Zarafat deyil, rəqib bu mövsüm oynadığı heç bir oyunda məğlub olmayıb. Bunların içində top komandalar-Bayern Münhen və Borrusiya Dortmun da var. Düşünürəm ki, bu komandanı məğlub etməklə təmsilçimiz bütün dünyaya səs sala bilər. O potensial varmı, var. Lakin reallıqdan danışsaq, hazırda “Bayer”i məğlub etmək üçün “Real Madrid” və yaxud da “Mançester Siti” səviyyəsində komanda olmalısan. Ona görə də, hər iki görüşdə məğlub olacağımızı düşünürəm, lakin bura qədər gəlmək belə əla nəticədir. Ümid edirəm ki, komandamız daha da uğurlu naliyyətlər əldə edəcək.

Zəhra Niftiyeva

Xəbər 11640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +