Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.01.2025  10:42 

AZAL pilotları eniş üçün niyə məhz Aktaunu seçib? - VİDEO





A+  A-

Ötən il dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəza etdiyi ərazi simulyatorda nümayiş etdirilib

Xəzərnews.az xəbər verir ki, bu barədə AzTV süjet yayımlayıb.

Əvvəlcə, təlimçi-kapitan Vüqar Mehdizadə “Embraer 190” təyyarəsinin Aktauya enməsinin səbəbini açıqlayıb: “Nə üçün Bakı – Qroznı reysini yerinə yetirən təyyarə Aktauya yönəldi və hadisə orada baş verdi? Çünki bu bölgənin sahəsi tamamilə düzənlikdir. Orada dağlıq ərazilər yoxdur. Əgər pilotlar dağlıq ərazidə yerləşən hava limanlarına yönəlsəydi, yanlış seçim olardı. Çünki hava gəmisi idarəedilməz durumda idi. Kapitanın Aktauya yönəlməsi tamamilə doğrudur. Onlar çox çətin vəziyyətdə Qazaxıstana qədər getdilər”.

Daha sonra pilot, qəzadan 3 gün əvvəl həmin təyyarəni idarə edən Tural Şahverdiyev qəza edən pilotların seçimindən danışıb: “Təyyarə kapitanı Aktauya gələrək normal eniş etməyi düşünürdü. O, bir neçə dəfə havada dövrə vuraraq ən uyğun enişi etmək istəyirdi. Lakin son anda nə baş verdiyini heç kəs bilmir”.

Daha ətraflı videomaterialda:


Xəbər 2989 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +