Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


18.04.2024  11:34 

Güclü erməni lobbisinin Fransanın siyasi mühitinə təsiri var - Elnur Eltürk





A+  A-

“Təəssüf ki, Fransa kimi dövlətin Azərbaycana qarşı birtərəfli, ermənipərəst, qərəzli mövqe tutması vəziyyəti daha da gərginləşdirir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında diaspor məsələləri üzrə ekspert Elnur Eltürk deyib. Onun sözlərinə görə, Fransa illərdir Azərbaycana qarşı qərəzli siyasət aparır:

“Başa düşürük ki, güclü erməni lobbisi mövcuddur və onların Fransanın siyasi mühitinə təsiri var. Buna baxmayaraq, yenə də Fransanın dövlət maraqları olmalıdır. Rəsmi Paris balanslaşdırılmış siyasi kursu qoruya bilərdi, amma biz bunu Makron hakimiyyətindən görmürük. Fransa Ermənistan və ermənilərin vəkilinə çevirilib, beynəlxalq hüququ tanımaq istəmir”.

E.Eltürk vurğulayıb ki, Fransa sistemli şəkildə Azərbaycana qarşı mübarizə aparır:

“Azərbaycanda Fransa kəşfiyyatına işləyən casusun həbs edilməsi faktı isə onu göstərir ki, rəsmi Paris açıq və gizli şəkildə əleyhimizə iş aparır. Ermənistanın silahlandırılması faktı isə Fransanın bölgədə sülhə yox, yenidən qarşıdurmaya xidmət etdiyini göstərir. Əgər, Fransa münasibətlərə yenidən baxmasa, qərəzli siyasi kursundan imtina etməsə, vəziyyət düzələn deyil. Rəsmi Bakı da haqlı mövqeyi ilə bağlı Fransanın qarşısından geri çəkilməyəcək. Paris bunu görür və amma qəbul etmək istəmir. Məqsədləri odur ki, bölgədə onların istəkləri həyata keçsin. Amma nə Azərbaycan, nə də Türkiyə buna imkan verməyəcək. İndi bölgədə güclü Azərbaycan-Türkiyə tandemi var”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 7193 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +