Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.01.2024  20:32 

Manatın devalivasiyası gözlənilir? - “Yaxın 6 ay ərzində...”





A+  A-

ABŞ-də seçkiqabağı namizədlərin bir çoxu neftin qiymətinin ucuzlaşması istiqamətində addımların atılacağı ilə bağlı vədlərlə çıxış edir. Son olaraq ABŞ-nin keçmiş prezidenti, hazırda namizədlər arasında olan Donald Tramp seçiləcəyi təqdirdə neftin bir barelinin qiymətinin hətta 30-40 dollara qədər ucuzlaşdıracağını vəd edib. Neftin ucuzlaşması iqtisadiyyatı neft gəlirlərindən asılı olan bir çox ölkələr üçün neqativ təsir bağışlayır. Bu qəbildən olan ölkələrin arasında Azərbaycan da var. Bəs görəsən neftin qiymətinin bu cür radikal ucuzlaşması manatın dəyərinin aşağı düşməsinə, hətta devalivasiyaya uğramasına gətirib çıxara bilərmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Asif İbrahimli neftin ucuzlaşmasının ölkəyə maliyyə axının azalması ilə nəticələnə biləcəyini deyib.

“Dünya birja bazarlarında neftin ucuzlaşmasının bir sıra faktorları var. Bu xüsusilə tələbatın azalması və yaxud bazara daha çox məhsulun çıxması zamanı baş verir. ABŞ bu faktorlardan biridir. Ancaq indiki vəziyyətdə düşünmürəm ki, aktual olsun. Çünki dünyada baş verən hərbi, siyasi və iqtisadi məsələlər buna imkan verməyəcək. Sadəcə bazara əlavə neft satışını çıxarsalar bu mümkün ola bilər. Azərbaycan neftinin qiymətinin ucuzlaşması ölkəyə maliyyə axınının azalmasına gətirib çıxaracaq. Ancaq Azərbaycan iqtisadiyyatının xüsusiyyətlərinə və manatın kursunun Mərkəzi Bank tərəfindən ciddi nəzarətdə saxlanılması baxımından, düşünmürəm ki, yaxın 6 ayda devalivasiya olsun. Amma ümumi il ərzində hər şey ola bilər”.

Xəbər 4860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +