Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


29.04.2021  12:43 

Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər





A+  A-

DTX tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilmiş Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə də məsuliyyətə cəlb oluna bilər.
XəzərNews.az xəbər verir ki, bunu Trendə açıqlamasında vəkil-hüquqşunas Xəyal Bəşirov bildirib.

Vəkil bildirib ki, sabiq icra başçısı A.Məmmədov külli miqdarda dövlət əmlakını mənimsəməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərini aşaraq digər qanunsuz əməllər törətməkdə təqsirli bilinir:

“Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi – belə desək simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. Əgər Adil Adilzadənin hüquqazidd əməllərin törədilməsində şəxsən iştirak etməsi, hər hansı sənədləşmədə imza atması və digər qanunsuz hərəkətlər aşkarlanaraq sübuta yetirilsə, əlbəttə ki, o da məsuliyyətə cəlb olunacaq. Bütün bu məsələlər istintaqın gedişində məlum olacaq”

Xəbər 2774 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +