Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


10.01.2022  16:20 

Qərb hakimiyyətə kimi gətirmək istəyirdi - Məsimov, yoxsa?!





A+  A-

Qazaxıstandakı hadisələrin mahiyyəti barədə ilk gündən üzərində durduğumuz versiya - iğtişaşların Qərbyönümlü qüvvələrin bu ölkədə hakimiyyəti ələ keçirmək üçün təşkil etdiyi çevriliş cəhdi olması, qardaş Türkiyənin də bu səbəbdən məsələyə təmkinli reaksiya göstərdiyi mülahizəsi artıq tam şəkildə təsdiqini tapmaqdadır.

Bu gün keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Qərbi hədəf alaraq, deyib: “Qazaxıstanda “Maydan” texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik.”

Beləliklə, indi qalır bu "rəngli inqilab"ın - çevriliş cəhdinin hansı siyasi fiqurun hakimiyyətə gətirilməsi üzərində qurulduğunun aydınlaşdırılması.

Çox böyük ehtimalla, Qərbin çevrilişlə gətirmək istədiyi əsas siyasi fiqur kimi, son hadisələrdə “vətənə xəyanət” ittihamıyla həbs edilən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimovun adı üzərində dayanılacaq.

Xatırladaq ki, mənşəcə uyğur olan, 6 xarici dil bilən Kərim Məsimov əvvəllər Nazarbayevin köməkçisi, iki dəfə Qazaxıstanın baş naziri olub, Prezident Administrasiyasına, 2016-cı ildənsə Milli Təhlükəsizlik Komitəsinə başçılıq edib. İqtisad elmləri doktoru və general-mayordur. Qazaxıstandakı əsas döyüş idman növlərini - “Muay-tay” və “Tay-boks” idman federasiyalarını inkişaf etdirən əsas şəxs sayılır. Uzun müddətsə Qərb dairələrində ona Nazarbayevin siyasi varisi kimi baxılıb. ABŞ-da demokratların hakimiyyəti dövründə - 2015-ci ildə dövlət katibi Kerri, republikaçıların dövründəsə 2019-cu ildə Pompeo ilə görüşləri olub.

Belə görünür ki, Qərb təsadüfən uyğur mənşəli Kərim Məsimovun adı üzərində durmayıb. Rusiya-Çin sərhəddində yerləşən Qazaxıstanda uyğur mənşəli şəxsin prezident olması ABŞ-a təkcə KTMT və Avrasiya İttifaqını dağıtmaqda, Rusiya-Türkiyə münasibətlərini pozmaqda yox, həm də Çinə qarşı əsas silahını – uyğurları ayağa qaldırmaqda çox böyük üstünlüklər vermiş olardı.

Elxan Şükürlü

Xəbər 1396 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +