Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


03.03.2018  21:09 

Cin Rəqsanədən üzr istədi





A+  A-

“Bivəfa” mahnısı üstündə qalmaqal yaşayan müğənni Rəqsanə İsmayılova ilə reper Cin barışıblar.
XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, bir-birlərinə sərt fikirlər səsləndirən sənətçilər məsələni yoluna qoyduqlarını deyiblər. Cin video paylaşaraq Rəqsanədən üzr istəyib:

“Biz Rəqsanə xanımla danışdıq. Hirslə çəkdiyim videonu pozmuşam. Rəqsanə xanımla artıq danışdıq. Klassik şou-biznes qalmaqalının sonluğu: biz barışdıq. Mən ondan, o da məndən üzr istədi. Bir-birimizi anladıq, çəkişməsən bərkişməzsə.O da, mən dəacıqlı sözlər demişdik. Bir azərbaycanlı xanımı olaraq mən onndan üzr istəyirəm. Mən gərək təmkinli səbirli olardım. Sadəcə hirsimi boğa bilmədim. Buna görə çox təəsüfləndim. Dünən danışandan sonra mən onun xətrini çox istədim. Bəzi söyüş yazanlara demək istəyirəm ki, hər kəs öz səviyyəsini göstərir. Yazmamışdan qabaq fikirləşin ki,bunu sizin yaxınlarınız, doğmalarınız oxuyacaq. Rəqsanə, göstərilən şeyləri də unut getsin”.

Cinin bu barışıq addımından sonra isə Rəqsanə onu bağışladığını deyib: “Allah bəndələrinin günahlarını bağışlayırsa, biz kimik ki, bir-birimizin səhvini bağışlamayaq. Ceyhuna təşəkkür edirik. Ola bilər insan əsəbindən nəsə deyə bilər. Çalışın sülh yaradın. Bizim bir düşmənimiz var, o da ermənilərdir”.

Xatırladaq ki, Rəqsanə onun “Bivəfa” mahnısını oxuyan Cini tənqid edərək bəstəni korladığını demişdi. “Elə bil, qarınağrısına düşüb” deyən ifaçıya Cinin cavabı beləolmuşdu:

“Rəqsanə hər yerdə deyir ki, mahnımı elə oxuyub ki elə bir qarnı ağrıyır. Mən də burdan demək istəyirəm ki, Rəqsanə, sən özün bir güzgüyə bax, gör nə gündəsən, bəlkə sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır".

Xəbər 2171 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +