Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


16.01.2018  09:57 

13 uşağını əsir saxlayan valideynlər həbs olundu





A+  A-

Kaliforniyada 13 uşağını əsir saxlayan valideynlər həbs olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə BBC ABŞ mətbuatına istinadən məlumat yayıb.

57 yaşlı Devid Alen Törpin və onun 49 yaşlı həyat yoldaşı Luiza Anna Törpinə qarşı bir sıra maddələr, o cümlədən işgəncə və uşaqların həyatını təhlükəyə salma maddəsilə cinayət işi açılıb.

Məlumata görə, Los-Anceles şəhərinin cənub-şərq rayonunda yerləşən Perris qəsəbəsində cütlüyün qaldığı evdə hüquq-mühafizə orqanları əməkdaşları yaşları 2-dən 29-a kimi olan 13 nəfərin acınacaqlı şəraitdə saxlandığını aşkarlayıb.

Polis rəsmiləri bildirib ki, qurbanlar arasında olan azyaşlıların bir çoxu çarpayılarına qandanlanmış vəziyyətdə olub və natəmiz otaq şəraitində saxlanılıb. Valideynlər uşaqlarını nə səbəbə uzun müddət otaqlarda təcrid etdiklərinə dair məntiqli izahat verə bilməyib.

Evdə əsir kimi saxlanılan övladların çoxunun yetkinlik yaşına çatmış (18-29 yaşları arasında) gənclər olması, ümumiyyətlə, polis zabitlərini çaş-baş qoyub.

“Zərərçəkənlər natamam qidalanmadan əziyyət çəkib və üst-başları natəmiz olub”, – deyə polis zabiti bildirib.

Azad edilən qurbanların yerli xəstəxanaya təxliyyə olunduğu bildirilir.

Məlumata əsasən, zərərçəkənlərdən biri bazar günü “təcridxanaya” çevrilmiş otaqdan qaçmağa macal taparaq, evdə tapdığı mobil telefonla 911 təcili yardım nömrəsinə zəng edib.

Xəbər 1470 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +