200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.04.2018  11:46 

Rus qadın azərbaycanlı kişini öldürüb, sonra yandırdı





A+  A-

Rusiyanın Novoaleksadrovsk qəsəbəsində yanğın baş verən mənzildə 55 yaşlı azərbaycanlının meyiti tapılıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Tibbi-ekspertizanın nəticəsinə görə, kişinin ölüm səbəbi qapalı kəllə-beyin travması olub.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs qismində 42 yaşlı həmyerlisi olan kişi və 35 yaşlı Saxalindən olan qadın saxlanılıb.

İstintaqın versiyasına görə, ölən və şübhəlilər bərabər bölgü əsasında ödəmək şərti ilə ev kirayə götürüblər. Lakin öldürülən azərbaycanlı bir neçə ay kirayə haqqını ödəyə bilməyib. Martın 29-da kirayə yoldaşı olan qadınla spirtli içki qəbul ediblər, söhbət borca gəlib çatdıqda isə aralarında münaqişə baş verib. Qadın kişini döyməyə başlayıb, ona digər otaq yoldaşı da qoşulub. Azərbaycanlının ölməsindən isə səhərisi gün xəbər tutublar. Cinayətin izini itirmək üçün meyiti yandırıb, hadisə yerini isə tərk ediblər.

Xəbər 1486 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +