Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


17.07.2019  11:09 

Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək





A+  A-

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XəzərNews.az-a bildirilib ki, komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb. Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə cari ildə arıçılıqla məşğul olan 19 min 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 min 533 arı ailəsinə (pətəyə) görə 4 milyon 265 min 330 manat subsidiya ödənilməsi qərara alınıb.

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlər və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.

Xəbər 2040 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +