Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


14.12.2023  07:37 

“Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq” -Laçın sakini





A+  A-

“Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq”

Xəzərnews.az Report-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Nazir Nəcəfov deyib.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz, dövlətimiz var olsun. Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq. Halbuki Laçını ağlaya-ağlaya tərk etmişdik”.

“Böyük sevinc içindəyik. Doğma yurduna qayıtmaq hər bir insan üçün xoşdur. Arzu edirəm ki, bütün insanlar öz yurdlarına geri qayıtsınlar”, - keçmiş məcburi köçkün vurğulayıb.

Qeyd edək ki, bu gün Laçının daha 86 sakini Bakıdan oğma şəhərə yola salınıb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.


Xəbər 1153 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +