Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


06.11.2022  12:18 

Həm şorun, həm də qaymağın kilosu 7 manata satılır...





A+  A-

Bir vaxtlar İmişli bazarında şorun 1 kilosu 1 manat idi. 70 qramlıq araq rumkalarında satılan qaymaq da 1 manat idi. Yəni qaymaq şordan təxminən 15 dəfə baha satılırdı. Bu da təbiidir. Çünki onların təbii dəyəri məhz bu cürdür. Qaymaq südün üzüdür. Şor isə ondan qalan ayranın çürüntüsü, tullantısıdır. Təsadüfi deyil ki, İmişlidə şora "çürümük" də deyilir.

İndi Araz marketdə həm şorun, həm də qaymağın kilosu 7 manata satılır.

Belə bir məsəl var: O yerdə ki, şorla yağın qiyməti eynidir, oradan qaç qurtar...

Bax, indi biz həmin yerdə yaşayırıq, Ancaq gedəcək başqa yer də yoxdur, çünki bütün dünyanı bu günə qoyublar. Şorla qaymağın dəyərinin eyni olduğu kökə salıblar...

Savadlı ilə bisavadın, ağıllı ilə axmağın, halalla haramın, namuslu ilə namussuzun, düz ilə əyrinin, təbii ilə süninin, gözəllə çirkinin, ismətli ilə fahişənin fərqi itib. Hətta ikincilər hər yerdə birincilər üzərində ağalıq etməyə iddialıdırlar. Çünki şora palma yağı qatıb yağlandırır, qaymağa da eyni şeyi qatıb dəyərdən salırlar...

Hər iş, hər kəs, hər yer, hər sahə belə olub. Aleksandr Duqin düz deyir, bu , cəhənnəmlə göylərin mübarizəsidir və bizim bu mübarizədən qalib çıxmaqdan başqa yolumuz yoxdir.

O çıxış yolu olaraq ənənçiliyi (tradisionalizmi) göstərir, çünki biz həyatımızı yalnız insan övladının ən gözəl ənənələri üzərində qurmaqla xilas ola bilərik. Bu isə hər şeyin təbiisini, əslini, doğrusunu, orijinalını əsas götürməkdir. Sünisini, saxtasını, yalanını, ikiüzlüsünü yox...

Ənənəçilik əslində həm də ənənələri qorumağa yönəlik mühafizəkarlıqdır. Vaxtilə Mühafizəkarlar Partiyasını yaradarkən mən də belə düşünmüşdüm. Təəssüf ki, müəyyən səbəblərdən yaşada bilmədik. Mən çoxları kimi, "bir portfeli, bir də özü" olan partiya sədri olmaq istəmədimiyim üçün o addan müvəqqəti imtina etdim. Bu gün özümü və ideyalarımı Avrasiya Hərəkatında tapmışam. İnanıram ki, hər şeyi bəşəriyyətin ən gözəl, ən təbii, ən doğru ənənələri üzərində qurmağı, ən saf və ən sağlam ənənələri - əxlaqı, namusu, düzgünlüyü, təbiiliyi, səmimiyyəti, halallığı, kişiliyi, qadınlığı, qeyrəti yaşada biləcəyik. Buna inanmaq üçün konkret əsaslarım da var. Müşahidələrim göstərir ki, haram, saxta, süni, yalan nə qədər arxalı olsa da, halal, təbii, doğru üzərində mənəvi qələbə qazana bilmir. Onların qələbəsi müvəqqəti-maddi olur və nəticə etibarilə özlərinin əleyhinə işləyir. Şeytanın odu sonda mütləq özünü yandırır...

Saxta ucuz qaymaq adamı tez vurur, bir loxmadan sonra ürəyini bulandırır...

Nadir Qocabəyli

Xəbər 1235 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +