Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi
Mənimsəmə: Birinə həbs, digərinə ev dustaqlığı...
Hakan Fidan Kiyevə səfər edib
Sabah 36 dərəcə isti olacaq


16.06.2022  19:20 

Xanlar Vəliyev onu istefaya çağıranlara cavab verdi: “Mənə istefa çağırışı etmək absurddur...”





A+  A-

“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.

XəzərNews.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Hərbi Prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.

Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb:

“Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var.

Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.

“Tərtər işgəncələri”ndə adları çəkilən şəxslərin məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız” sualına Xanlar Vəliyev belə cavab verib:

“Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa, onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başlandı. İndi bu gün bu iş davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz”.

Xəbər 1676 dəfə oxunub.




30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +