Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


27.08.2019  10:51 

Zülfüqar Xeyirxəbərin döyülməsi haqda - Rəsmi açıqlama





A+  A-

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu jurnalist Zülfüqar Xeyirxəbərovun döyülməsi faktı ilə bağlı məlumat yayıb.
XəzərNews.az həmin məlumatı təqdim edir:

“Avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.

İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Zülfüqar Xeyirxəbər Baku.ws saytının redaktorudur.

Xəbər 1537 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +