Vasif Talıbovun səhhəti pisləşdi
Rusiyada azərbaycanlılar qəzaya düşdü: 3-ü öldü
Bakı-Ələt yolunda avtomobil qəzası baş verib
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi


25.10.2018  10:46 

Bu gün Bakıda anomal hava olacaq





A+  A-

Bu gün Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək, havanın temperaturu iqlim normasından 4-5 dərəcə yüksək olacaq.
XəzərNews.az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gün cənub küləyinin əsməsi fonunda atmosfer təzyiqi aşağı enəcək.

Sabah isə atmosfer təzyiqinin qısa müddət ərzində kəskin tərəddüdü gözlənilir ki, belə tərəddüdlər də insan orqanizmi, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar üçün çox zərərlidir.

U.Tağıyeva qeyd edib ki, oktyabrın 26-dan ölkə üzrə havanın temperaturu bu günlə müqayisədə 10-12 dərəcə enəcək.

Artıq sabah səhər saatlarından başlayaraq, ölkə ərazisinə soyuq hava kütləsinin daxil olduğu hiss ediləcək. Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Güclü külək oktyabrın 27-si səhərədək davam edəcək. Oktyabrın 27-də isə külək səngiyəcək, hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi təyin edəcək. Belə hava şəraiti isə meteohəssas insanlar üçün əlverişli olacaq.

Xəbər 1821 dəfə oxunub.



30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +