Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


07.06.2024  19:52 

Diaspora “Soydaş kartı” verilməli, güzəşt tətbiq edilməlidir - AÇIQLAMA





A+  A-

“Xarici ölkələrdə yaşayan azərbaycanlılara “Soydaş kartı”nın verilməsi və Azərbaycana səfər edərkən onlara güzəşt tətbiq edilməsi mütləqdir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bununla bağlı ilk növbədə qanun qəbul edilməlidir:

“Onlar ölkəyə daxil olanda bir çox güzəştlərdən istifadə etməlidirlər. İnternet, tibbi sığorta və digər sahələrdə, həmçinin gömrük sistemində ciddi şəkildə güzəştlər olmalıdır. Dünya azərbaycanlılarının diqqətini Azərbaycana, onların ana vətənlərinə biz çəkməliyik”.

Politoloq əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı praktik işlər görülməsə, onların Azərbaycana qarşı diqqəti heç də müsbət olmayacaq:

“Dünya nizamı dəyişir. Diasporun fəaliyyəti, onların təsir imkanları genişləndirilməlidir. Azərbaycana da lazımıdr ki, xaricdəki soydaşlarımız təşkilatlansınlar. Onların təşkilatlanması üçün vətənə gələndə güzəştlərin tətbiq edilməsi lazımdır. İldə bir və ya iki dəfə tədbirlə dəvət etməklə, gəlməklə iş bitmir”.

Politoloq onların Azərbaycanda hüquqlardan, güzəştlərdən istifadə edilməsi üçün yollar açılmasını məqsədyönlü hesab edir.

Xəbər 6700 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +