Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


19.03.2024  18:17 

Mehman Soltanov vəzifəsindən azad edilib





A+  A-

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.

Xəzərnews.az xəbər verir ki, “Qaynarinfo”ya daxil olan məlumata görə, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Mehman Nəsir oğlu Soltanov uzun illər Ədliyyə Nazirliyində çalışıb.

1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib.

2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Mehman Soltanov çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə “Ədliyyə Nazirliyinin 100 ilik yubileyi” medalı ilə təltif edilib.

Xatırladaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub.

Xəbər 1778 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +