13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


04.02.2019  20:46 

Ermənistanda istefa tələbi - Polislə əhali arasında toqquşma





A+  A-

Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlər arasında toqquşma olub.
XəzərNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, kəndin bir qrup sakini icra nümayəndəsinin başçısı Zarzand Qriqoryanın istefasını tələb edib. Qriqoryanın tərəfdarlarını müdafiə edən polislə etirazçılar arasında dava çıxıb.

Daha sonra Arşalyusa “Mənim addımım” blokundan millət vəkili Taqui Kazaryan gəlib. Onun təklifi ilə tərəflər arasında görüş təşkil olunub. Ancaq heç bir razılıq əldə edilməyib. Kazaryanın sözlərinə görə, kəndin icra nümayəndəsinin başçısı onun istefasını tələb edənlərə qarşı güc tətbiq edir. Etirazçılar Qriqoryan əleyhinə imza toplayıblar.

Qeyd edək ki, Zarzand Qriqoryan Ermənistan müdafiə nazirinin keçmiş müavini, hazırda həbsdə olan Manvel Qriqoryanın qardaşı oğludur. Kənd sakinləri artıq uzun müddətdir onun istefasını tələb edirlər.

Xəbər 1379 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +