Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


04.03.2025  15:25 

Mehriban Ələkbərzadədən narazılıq var?





A+  A-

Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarova moderator.az-ın suallarını cavablandırıb.

-Mehriban xanım, dünən verdiyiniz müsahibədə rejissor Mehriban Ələkbərzadə ilə bağlı bəzi məsələləri səliqəli şəkildə qeyd etmişdiniz. Səhifənizdə oxudum ki, həmin müsahibəniz saytdan silinib.. Bu yazını Mehriban Ələkbərzadə sildirib? Müsahibədən sonra sizə münasibət necə oldu?

-Kulis.az saytına verdiyim müsahibənin bəzi şəxsləri narahat etməsi səbəbilə həmin saytdan silindiyini öyrəndim. Bu hadisədən sonra teatra getmədiyim üçün mənə qarşı olan münasibətdən xəbərsizəm. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya ondan dönməyə məcbur edilə bilməz. Mən demokratik bir ölkənin vətəndaşı olaraq, söz azadlığı hüququma müdaxiləni qəbul etmirəm. Heç kim mənim ifadə azadlığıma məhdudiyyət qoya bilməz.

-Mehriban Ələkbərzadənin bu qərarından narazı olduğunuz təkcə sizsiniz yoxsa teatrda çalışan hər kəs narazıdır?

-AZDRAMA-ya kənardan aktrisa dəvət edilməsinə etiraz edən təkcə mən və Əli Nur müəllim deyilik. Başqa həmkarlarımız da bu məsələdə narazılıqlarını arxa planda bildirirlər. Sadəcə, adlarının qalmaqalda hallanmasını istəmirlər. Hər kəs özünə cavabdehdir. Əli Nur müəllim də, mən də haqsızlığa susa və göz yuma bilmirik. Teatrımıza kənardan aktrisa dəvət edilməsinə etirazımızın əsas səbəbi teatrımızın nüfuzunun qorunmasıdır. Teatrımızda uzun illərdir çalışan peşəkar aktrisalarımızın mövcudluğu və onların səhnə təcrübəsi nəzərə alınmalıdır. Bu cür qərarlar teatrın daxili potensialını qiymətləndirməmək kimi qəbul edilə bilər və kollektivin motivasiyasına mənfi təsir göstərə bilər. Bizim məqsədimiz teatrımızın ənənələrini və peşəkarlığını qorumaq, daxili resurslarımızı daha səmərəli istifadə etməkdir. Əli Nur müəllim və mən bu məsələdə haqsızlığa susa və göz yuma bilmirik. Ümid edirik ki, gələcəkdə belə qərarlar qəbul edilərkən teatrımızın nüfuzu və kollektivin maraqları nəzərə alınacaqdır.

-Mehriban Ələkbərzadə ilə münasibətiniz necədir?

-Mənim Mehriban Ələkbərzadə ilə münasibətim həmişə normal olub. Sadəcə, Azdrama teatrında uzun illər çalışan peşəkar aktrisaların mövcudluğuna baxmayaraq, başqa teatrdan aktrisa dəvət edilməsinə etiraz etmişəm. Müsahibəmin silinməsi məni təəccübləndirir və səbəbini anlamaqda çətinlik çəkirəm.



Xəbər 2107 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +