Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq


07.01.2022  23:31 

BMT-nin “yumşaq dili“





A+  A-

Nəhayət ki, BMT-dən kimsə ağzını açıb danışdı və çox yumşaq formada Tokayevin nümayişçilərə atəş açmaq əmrinə etiraz etdi...

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib ki, BMT Qazaxıstanda nümayişçilərin öldürülməsini qəbuledilməz hesab edir: “Biz Qazaxıstandakı vəziyyəti yaxından izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq. BMT Qazaxıstanda insan hüquqlarına hörmət etməyə çağırır və ölkədə güc tətbiqi mütənasib olmalıdır”.

Onun sözlərinə görə, "zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər. Polislərin və digərlərinin öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də belədir. İstənilən vəziyyətdə ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara riayət edilməsinə ehtiyac var”.

Əslində bu açıqlamanı Stefan Dujarrik yox, onun "boss"u - BMT-nin Baş katibi Antonio Quttereş birbaşa özü verməli idi və üstəgəl, Tokayevi beynəlxalq hüquq prinsiplərinin ziddinə getməkdə, KTMT-nı qanunsuz olaraq Qazaxıstana dəvət etməkdə, ölkənin dünya ilə rabitə əlaqəsini kəsməkdə və s. ittiham etməli idi.

Ancaq A.Quttereşdən 5 gündür ki, səs çıxmır. Putin kimi Quttereş də susur, Qazaxıstan olaylarına açıq şəkildə münasibət bildirməyə tələsmir.

Öz xalqına doğma qazax dilində deyil, rus dilində müraciət edən, 44 günlük müharibədə Azərbaycana məğlub olan Ermənistanın riyakar baş nazirinin sədrlik etdiyi KTMT-nı ölkəsinə çağırmaqla öz xalqını, öz ölkəsini təhqir edən Tokayev kimi Kreml köləsi çətin ki, Stefan Dujarrikin belə bir yumşaq açıqlamasını ciddiyə alsın və nümayişçiləri məhv etmək fikrindən vaz keçsin.

Tokayev Rusiyanın xüsusi təyinatlılarının və Ermənistanın "hərbçi" mundirinə bürünmüş quldurlarının himayəsi altında öz xalqına qarşı Qanlı Yanvar qırğını törətməkdən çəkinməməsi ilə tarixə qatil kimi düşdü.

Dünya birliyi isə bizim İTV demişkən, hələ də susur. Bu həmin dünya birliyidir ki, 1990-cı ildə cəllad Qorbaçovun Azərbaycan xalqına qarşı 20 Yanvar qırğınını törətdiyi zaman da eynən bu tərzdə susmuşdu...

Fikir vermisinizsə, tarixin bu kimi qanlı məqamlarında Moskva ilə dünya birliyi nədənsə, həmişə eyni notlardan çıxış edir...

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 1802 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +