Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.12.2023  18:45 

Hakan Fidanla Antoni Blinken danışıb





A+  A-

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

Xəzərnews.az xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara toxunan Hakan Fidan İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib.

Nazir Türkiyə tərəfinin F-16 qırıcılarının satışı məsələsində ABŞ Administrasiyası və Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiyini deyib.

Söhbət zamanı İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb. Hakan Fidan bu qarşıdurmada tam atəşkəs əldə edilməsi və daimi sülh istiqamətində müzakirələrin başlamasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub.

Xəbər 1048 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +