Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


11.04.2018  11:06 

Nazirlər Kabineti istefaya göndəriləcək





A+  A-

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Azərbaycan Respublikasının yeni seçiləcək Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Azərbayacan Respublikasının Konstitusiyasının 116-cı maddəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası) qeyd edilib.

Konstitusiyaya görə, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Konstitusiyanın 115-ci maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi) görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Konstitusiyanın 102-ci maddəsində (Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları) qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.

Xəbər 1227 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +