“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.01.2020  13:21 

İcazəsiz ov edən 12 nəfər saxlanıldı





A+  A-

İcazəsiz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
ETSN-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, reyd zamanı Neftçala, Biləsuvar və Samux rayonları ərazisində yerləşən ovçuluq təsərrüfatlarında icazəsiz ov edən 12 şəxs saxlanılıb.

Onlardan 12 ov tüfəngi, adı “Qırmızı kitab”a düşmüş 2 Turac quşu və 2 ördək götürülüb.

Araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Daşqın İmanov, Bəxtiyar Əhmədov, Seymur Cəfərov, Əli Zeynalov, Elşən İbadov, Abdulla Orucov, Bakı şəhər sakini Xəyal Soltanov, Salyan rayon sakini Şahlar Quliyev, Biləsuvar rayon sakinləri Məlikəjdər Məmmədov, Rafiq Qənbərov, Namiq Qənbərov və Tovuz şəhər sakini Fəxri Bağırov olduqları məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və onlar 12671 manat məbləğində cərimə edilib.

Xəbər 1482 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +