“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.10.2017  10:27 

Nizamini fars şairi kimi təqdim edənlər cəzalandımı? – Dəftərlər satışdan yığışdırıldı...





A+  A-

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim olunduğu dəftərlər satışdan yığışdırılıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə məlumatı BakuPost.az-a dəftərləri çap edən "Oyal” şirkətindən verilib. Bildirilib ki, çap məhsulunda mətnlərə cavabdeh olan şəxs vəzifəsindən uzaqlaşdırılıb.

Amma dünən şirkətin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Şəhanə Sarı da məsələ ilə bağlı yazılı məlumat yayaraq, həmin məlumatları "Vikipediya”dan götürdüklərini, buna görə də məsuliyyət daşımadıqlarını bildirmişdi.

Qeyd edək ki, bu dərs vəsaitindəki biabırçılıqla bağlı xəbəri BakuPost.az yaymışdı. Xəbərdə bildirilir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib.
Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal” şirkəti tərəfindən təqdim olunan bu dəftərlər ölkənin demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Xəbər 1611 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +