“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.10.2017  21:34 

QMİ-dən Məhərrəm ayında toy edənlərlə bağlı - Açıqlama





A+  A-

“Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir”.
XəzərNews.az xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fitva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib.

Şəriətdə halal və haram terminlərinin olduğunu xatırladan QMİ rəsmisi müstəhəb (bəyənilən əməl) və məkruh (bəyənilməyən əməl) əməllər olduğunu da yada salıb: “Bir insanın yaxını rəhmətə gedəndə şadlığa qapanmır. Həmin insan şadlıq mərasimlərindən uzaqlaşır. İmam da İslam aləmi üçün əziz insandır. İslam şəriətində imam insana doğmasından da əzizdir. Hədisi-şərifdə göstərilir ki, imamı tanımadan dünyadan köçən kafir olaraq gedər. İmam üçün kədərlənmək, onun xatirəsini əziz tutmaq ona ehtiramdır. Onun ehtiramı naminə şadlıq mərasimlərinə bir az ara verilir. Yenə də deyirəm ki, bu, şəriətimizdə vacib hökmlərdən deyil”.

A.Yaqubov imam Hüseynin (ə) İslam üçün çox böyük addım atdığını, ona qədər o formada İslam üçün addım atanların sayının az olduğunu vurğulayıb:

“İmam Hüseyn peyğəmbərin ailəsindədir, onun tərbiyəsi ilə böyüyüb. Biz imam Hüseynin İslam üçün atdığı böyük addımı hansı formada olursa-olsun dəyərləndirməliyik. Onun xatirəsini əziz saxlamaq üçün şadlığımızdan əl götürürük. Bu, bir tarixi yaddaş kimi beynimizə, qanımıza həkk olunub. Allahı, haqqı xatırladan məqamları şüar edənlər təqva əhlindəndir. Bizim imam üçün şadlıqlardan imtina etməyimiz, onun xatirəsi üçün görülən işlər də şüardır. İnsanlar məscidlərə gedir, imam Hüseynin xatirəsi yad olunur. İmam Hüseyn üçün məclislər qurulur. Azərbaycanın dahi insanları da tarixən imam Hüseyn üçün həzin mərsiyə və şeirlər deyiblər. Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Mirzə Ələkbər Sabir kimi böyük şəxsiyyətlər bu matəmdən bəhs ediblər. Belə bir kədərin, hüznün yaşandığı ayda toy mərasimlərinin qurulması insanların içindən gəlmir”.

Xəbər 1681 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +