“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.05.2021  14:22 

Azərbaycanlı hakim Tokio olimpiadasına dəvət aldı





A+  A-

Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunları üçün 15 hakim sırasına daxil edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmi saytı məlumat yayıb.

Azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi belə qərara gəlib.

Babayev AMKF Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, "Əməkdar məşqçi", eləcə də "Qaraqaplan" klubunun məşqçilərindən biridir. 198 üzv ölkəyə malik WKF onu 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçib.

Təcrübəli referi həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakı-2015 I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Xəbər 2165 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +