Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


30.08.2019  13:50 

“Qəbələ”nin potensial rəqibləri bəllidi





A+  A-

UEFA Gənclər Liqasının (UYL) 2019-2020-ci illər mövsümündə iştirak edəcək 64 klubun hər biri müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, onlardan 32-si əsas komandalarının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, 32-si isə öz ölkələrinin çempionatının qalibi olması sayəsində yarışda iştirak edəcəklər.

İkinci "32-lik"də "Qəbələ" də yer alacaq. Təmsilçimiz 3-cü dəfə bu yarışın iştirakçısı olacaq.

Sentyabrın 3-də UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma mərasimində klublar reytinqə əsasən səbətlərə bölünməyəcək. Lakin coğrafi mövqelərə əsasən 4 hissəyə ayrılacaq.

Ötən ilki püşkü nəzərə alsaq, "Qəbələ"nin Yunanıstan (PAOK), Polşa ("Korona"), Kipr (APOEL), Sloveniya ("Domjale"), Moldova ("Şerif"), İspaniya ("Saraqosa") və Latviya ("Liepaya") təmsilçilərindən biri ilə düşmək ehtimalı var. Püşkatma Bakı vaxtilə saat 16.00-da başlayacaq.



Xəbər 1507 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +