Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb
Sabahın havası: Bakı yağmursuz olacaq
Paşinyanın dindarlara qarşı mübarizə ehtirası: Nə baş verir?
“BMW“ hərbi maşına çırpılıb


21.05.2025  13:16 

Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib





A+  A-

"Xural" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib. Hal-hazırda Türkiyədə müalicə alan Zeynallı ağır vəziyyətdədir və həyat uğrunda mübarizə aparır.

XəzərNews.az xəbər verir ki, vəziyyətin çıxılmaz nöqtəyə gəlməsi səbəbindən Əvəz bəyin həyat yoldaşı, jurnalist Məlahət Zeynallı dövlətə müraciət edib.

O, dövlətə və xalqa etdiyi müraciətdə bunları deyib:

“Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm: Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik.

Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm:

Əvəz Zeynallıya sahib çıxın!

Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur.”

Xəbər 979 dəfə oxunub.



04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +