Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


16.09.2020  16:19 

Rusiya ölkəyə giriş qaydalarını dəyişdirdi





A+  A-

Rusiya xarici vətəndaşlar üçün ölkəyə giriş prosedurunu sadələşdirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin Nazirlər Kabinetinin iclasında açıqlama verib. Bildirib ki, yeni qaydalara görə Rusiya vətəndaşları ilə yaxın qohumluğu olan əcnəbilər ölkəyə giriş üçün sənədləri sadələşdirilmiş qaydada tərtib edə biləcəklər.

Baş Nazirin sözlərinə görə, bu kateqoriyaya Rusiyada həyat yoldaşları, valideynləri, övladları, qardaşları, bacıları, babaları, nənələri və nəvələri olan əcnəbilər daxildir.

“Bu şəxslər bir ilə qədər uzunmüddətli vizalar ala biləcəklər və bunu vətəndaşımızın sadə bir yazılı müraciəti əsasında həyata keçirmək olacaq”, - deyə Mişustin qeyd edib.

Bundan əlavə, yeni qanun viza almaq hüququnu qorumaq üçün əcnəbilərə qoyulan üç ayda bir ölkəni tərk etmək tələbini də ləğv edəcək.



Xəbər 2541 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +