Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


16.09.2020  12:58 

DTX əməliyyat keçirdi - VİDEO





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiyadan gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.
XəzərNews.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumatına görə, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.




Xəbər 2285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +