Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


04.03.2020  16:18 

“Azərbaycanda koronavirus tapılan hər üç şəxs, əslində, xəstə deyil”





A+  A-

“Azərbaycanda “COVID-19” virusu ilə bağlı analizin nəticəsi müsbət olan üç şəxs, əslində, xəstə deyil”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibəsində deyib. O bildirib ki, həmin şəxslər hazırda müşahidə altındadır:

“İndiyə kimi Azərbaycanda 3 koronavirusa yoluxmuş şəxs təsbit olunaraq ÜST-ə məlumat verilib. “COVID-19” analiz nəticəsi müsbət olan bu üç şəxs, əslində, xəstə deyil. Onlarda hər hansı bir simptom - öskürək, qızdırma halı yoxdur. Sadəcə, müşahidə altındadırlar və izlənirlər. Onlardan başqa təşhis qoyulmuş bir hal yoxdur. Həm TƏBİB, həm də Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olur. Xüsusilə, İranla olan sərhəd bölgəsində ciddi nəzarət var. Bildiyimə görə, hazırda 6 xəstəxana koronovirusla bağlı ayrılıb. Bəziləri karantin xəstəxanalarıdır, bəziləri isə xəstəlik aşkar olunarsa, insanların müalicəsi üçün ayrılıb”.

Hande Harmancı xəstəliyin statistikasının insanlardan gizlədilməsi ilə bağlı yayılmış fikirlərə münasibətində bildirib ki, dünyada bəzi hökumətlər insanlar panikaya düşməsin deyə bu yola əl atır. Ancaq müşahidələrə əsasən TƏBİB-in bu mövzuda açıq davrandığını, ilk təşhisdə məlumat verildiyini bildirib:

“İnsanların bu kimi hallarda məlumatlandırılması çox vacibdir. Belə davam etdirilməsinə də ümid edirəm. Çünki insanlar dövlət orqanlarına nə qədər çox güvənsə, problem bir o qədər sürətlə həll olunar”.

Xəbər 1909 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +