Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


07.10.2017  12:56 

Sürücülərin nəzərinə: Bu küçələr bağlanacaq





A+  A-

Bu gecə Bakının İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək.
"Azəravtoyol” ASC-dən XəzərNews.az-a verilən məlumata görə, qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Belə ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.


Xəbər 1613 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +