Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


17.05.2020  21:14 

İsraildə yeni hökumət təsdiqləndi





A+  A-

İsrail Knesseti martın 2-də keçirilmiş seçkilərin nəticələrinə əsasən 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni kabinetin tərkibinin təsdiqlənməsi üçün 73 deputat lehinə, 46-sı əleyhinə səs verib. Səsvermə prosesi canlı şəkildə parlamentin rəsmi kanalında yayımlanıb.

Baş Nazir Binyamin Netanyahu və rotasiyadan sonra onun yerinə hökumət başçısı postunu tutacaq partnyoru Beni Qants and içiblər.

Yeni hökumətin rəhbəri rotasiyayadək Netanyahu olacaq, daha sonra isə onu Beni Qants əvəz edəcək. Bu müddət ərzində Qants “növbəli” Baş nazir vəzifəsini, eləcə də Müdafiə naziri vəzifəsini icra edəcək. Rotasiya prosesi 2021-ci il noyabrın 17-də baş tutacaq.

Qeyd edək ki, səsvermə zamanı Knessetin yeni spikeri Yariv Levin seçilib.

Xəbər 2043 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +