Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


12.09.2018  09:27 

Qan təzyiqindən necə xilas olmaq mümkündür?





A+  A-

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır.
XəzərNews.az xəbər verir ki, alimlərin apardığı araşdırmada yaşları 40-80 olan, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 129 kişi və qadın iştirak edib. Bütün könüllülərdə qan təzyiqi 130-160/80-90 millimetr civə sütunu təşkil edib.

Yoxlanış zamanı iştirakçılar təsadüfən üç qrupa bölünüblər. Birinci qrup insanlar 16 həftə müddətinə həyat tərzini dəyişiblər, meyvə, tərəvəz və yağsız süd məhsulları ilə qidalanıblar. Bundan başqa, onlar artıq çəkidən azad olmaq üçün proqrama yazılıblar.

İkinci qrup iştirakçıları yalnız sağlam dietaya üstünlük veriblər, üçüncü qrup isə həyat tərzini dəyişməyiblər.

Məlum olub ki, eksperimentin sonunda birinci qrupda daxil olan insanlarda çəki azalıb, qan təzyiqi isə 16 millimetr civə sütunu enib. İkinci qrupda təzyiq 11, üçüncü qrupda isə 3 millimetr civə sütunu aşağı düşüb. Bununla yanaşı, birinci qrupdakı iştirakçıların 15 faizi, ikinci qrupdakıların 23 faizi dərman preparatlarına ehtiyac duyub, üçüncü qrupda isə bu göstərici dəyişməz qalıb.

Xəbər 1499 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +