İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb


28.02.2025  12:11 

Dini Komitə Türkiyə və Gürcüstanda 200 minlik iftar təşkil edəcək





A+  A-

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu ilə “Laguna Group” MMC (VÖEN-1004604201) arasında satınalma müqaviləsi imzalanıb.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Müqavilənin şərtinə görə, “Laguna Group” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edəcək və qarşılığında 198 min 948 manat alacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl də “Laguna Group” MMC dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Şirkət barədə açıq internet resurslarında geniş məlumat yoxdur. “Laguna Group” MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur.

Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşir. Qanuni təmsilçisi isə Əsgərov Ramil Əsgər oğludur.

Onu da bildirək ki, 26 oktyabr 2011-ci il tarixində Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.

Rəfiyev Müzadil İlqar oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Aqroman” MMC də (VÖEN – 1202544661) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi 800 min manatlıq tender müsabiqəsində qalib olub.

Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatda olub.

Xəbər 1825 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub


BÜTÜN XƏBƏRLƏR +