Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


02.11.2019  15:37 

Bakıda 4 növ narkotik satan şəxs saxlanıldı





A+  A-

Bakıda 4 növ narkotik satan şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Əbülfət Abuşov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı şəxsi axtarış keçirilən zaman 2,817 qram narkotik vasitə heroin aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də əlavə baxış keçirilib. Oradan Əbülfət Abuşova məxsus narkotik vasitə və psixotrop maddələr olan 520,152 qram heroin, 8,044 qram metamfetamin, 56,559 qram tiryək və 1,64 qram metadon aşkarlanaraq götürülüb.

Faktla bağlı Əbülfət Abuşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1693 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +