Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


22.04.2025  11:29 

Deputatın oğlundan prezidentə şikayət olundu





A+  A-

Goranboyda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC ilə bağlı qalmaqallı iddialar səngimək bilmir.

Rəsmi sənədlərlə həyata keçirilmiş səhmlərin alqı-satqısı illərdir tanınmır və nəticədə həmin payların daxil olduğu ərazidə artıq müəssisə də tikilib, istehsalata da başlanılıb.

XəzərNews.az xəbər verir ki, Tribunainfo.az-a danışan şikayətçi Qurbanlı Ramin Qurbanlı oğlu bildirir ki, 2017-ci ilin 30 iyun tarixində ASC-nin təsisçisi Sahib Mehdiyev Xosrov oğlundan qanuni şəkildə 25 faiz pay alıb. Alqı-satqı Gəncə ASAN Xidmət 1-də rəsmiləşdirilib və bu, müqavilə ilə təsdiqlənib. Lakin Milli Depozit Mərkəzi illərdir bu alqı-satqını tanımaqdan imtina edir.

“Səhv varsa, düzəltmişəm, yenə tanımırlar”

Qurbanlının sözlərinə görə, Milli Depozit Mərkəzi əvvəlcə müqavilədə texniki uyğunsuzluqlar olduğunu bildirib. O, bütün tələb olunan düzəlişləri apararaq sənədləri yenidən təqdim etsə də, mərkəz yeni bəhanələrlə prosesi yubadır:

“ASAN Xidmət səhmlərin paylanışını kəsr ədədi ilə yazmışdı, onu düzəltdirdim. Alqı-satqı vaxtı mən 5 min manat “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə alıcıya vermişəm və alıcı da götürüb. 5 min manatlıq ödənişin qəbzini ala bilmirəm – bank arxiv olmadığını deyir. ASAN Xidmət də bu barədə sənəd vermir. İllərlə bu problemi həll etməyə çalışıram, amma Milli Depozit Mərkəzi davamlı şəkildə qarşıma yeni şərtlər qoyur. İndiyə qədər öz payıma sahib çıxa bilməməyimin səbəbi və günahkarı Milli Depozit Mərkəzidir. Bütün bu çətinlikləri yaşamağıma səbəb Milli Depozit Mərkəzinin mənim alqı-satqımı tanımamasıdır. MDM-nin fikrincə, guya biz alqı-satqını düzgün aparmamışıq. Belə çıxır ki, Milli Depozit Mərkəzi cənab prezidentin təsis etdiyi ASAN Xidmətin alqı-satqısını tanımır”.

“Səhmlərim tanınmadan ərazi satılıb”

Şikayətçi deyir ki, bütün bu süründürməçilik fonunda onun haqqı olan ərazilər deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə satılıb:

“Mənim rəsmi alqı-satqı ilə aldığım paylar xəbərim olmadan başqasına ötürülüb. Həmin yerdə artıq müəssisə də inşa olunub, istehsal başlayıb. Rəsmi qaydada alqı-satqısı olan, mənim haqqım olan yer indi başqasının – deputat Ülvi Quliyevin oğlunundur. Hissələr mənim ola-ola o adama necə satıla bilər mənim hissələrim? Belə çıxır ki, satış qeyri-qanuni yolla olub. Yoxsa mənim səhmlərim, problemli səhmlər deputat oğluna necə satıldı. Alqı-satqı qanuni olsaydı, onlar məni tapmalı idi.

Bəs mənim hüququm, mənim mülkiyyətim? Nə üçün bu alqı-satqı qanuni sayılmayıb? Əgər Milli Depozit Mərkəzi vaxtında səhmlərimi tanısaydı, mən də sahibkara yaxınlaşıb 25 faiz payımı tələb edərdim. İndi də deputat oğlu mənim halal torpağımda qanunsuz yollarla əldə etdiyi hissələrdə iş apara, müəssisə böyüdə bilməzdi”.

Qurbanlı hesab edir ki, bütün yaşananların əsas məsuliyyəti Milli Depozit Mərkəzinin üzərindədir. Onun sözlərinə görə, mərkəz ASAN Xidmətin təsdiqlədiyi rəsmi sənədləri tanımır və hüquqi boşluqlardan istifadə edərək prosesi illərlə uzadır. Şikayətçinin sözlərinə görə, həm ASAN Xidmətin texniki xətası, həm də Milli Depozit Mərkəzinin qeyri-müəyyən yanaşması onun sahibkarlıq hüququnun pozulmasına səbəb olub.

O, məsələ ilə bağlı bütün hüquqi instansiyalara, ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşdığını bildirib:

“Əlim artıq hər yerdən üzülüb. Çarəni Prezident İlham Əliyevə müraciətdə görürürəm. Mən bu illər ərzində məsələni sakit şəkildə adlarını qeyd etdiyim orqanlarla həll etməyə çalışdım. Ancaq heç bir qurum mənə kömək etmir. Üstəlik haqqımı qorumalı olan deputatın oğlu torpağımı ələ keçirir. Ancaq ona bir söz deyən yoxdur. Ona görə də prezidentdən kömək istəyirəm”.

Xəbər 954 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +