“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.08.2017  15:32 

Gürcüstan prezidenti: “Azərbaycanlılar əsl dostlarımız olduqlarını göstərdilər“





A+  A-

Azərbaycanlılar, türkiyəlilər, belaruslar əsl dostlarımız olduqlarını göstərdilər.
XəzərNews.az report-a istinadən xəbər verir ki, bunu bu gün Borjomi qoruğunda yanğının söndürülməsi üzrə qərargaha gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
Onun sözlərinə görə, yanğının tam söndürülməsinə qoruqda bir neçə yanğın ocağının yaranması çətinlik yaradır.

Azərbaycan da daxil olmaqla, xarici ölkələrdən yardım haqqında danışan G.Marqvelaşvili belə anlarda bir-birinə dəstək verməyin vacib olduğunu bildirib: "Müraciətimizə bu cür mehribanlıqla cavab verən və yardım edən bütün dostlara "çox sağ olun" deyirəm."

Gürcüstanın dövlət başçısı hazırda yanğının lokallaşdırıldığın, amma onun tam söndürülməsi üçün hələ zamana ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-də baş verib. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışırlar. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirir. Yanğının söndürülməsində təqribən 400 yanğınsöndürən-xilasedici, 100 meşəbəyi, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar departamentinin 500 əməkdaşı, Gürcüstan və Azərbaycan aviasiyası iştirak edir.

Xəbər 2378 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +