Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.05.2023  13:41 

“Ukraynada döyüşlərdə 26 azərbaycanlı həlak olub”





A+  A-

Bu gün Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün xatirə lövhəsi açılıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün “Facebook” hesabında yazıb.

Qeyd olunub ki, mərasimdə həlak olanların ailələri, həmçinin Ukrayna səfirliyinin, diasporunun, digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak ediblər.

Səfir həmçinin bildirib ki, Ukraynanın Azərbaycandakı səfirliyi hər il Analar Günü ərəfəsində Ukraynanın həlak olmuş müdafiəçilərinin ailələri ilə görüşlərin keçirilməsi ənənəsinə başlayır.

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar. Bu gün bizə torpaqlarımızın rusiyalı işğalçılardan azad edilməsi uğrunda həlak olan 26 azərbaycanlı igidin adı məlumdur”.

O da bildirilib ki, səfirlik Ukrayna Ticarət Evi ilə birlikdə #BizimMüdafiəçilər layihəsinin həyata keçirilməsi çərçivəsində Ukraynanın suverenliyini və ərazisini müdafiə edərək həlak olmuş azərbaycanlı qəhrəmanların həyatı və döyüş yolundan bəhs edəcək sənədli film üçün materialların toplanması üzrə hazırlıqlara başlayıb.

Xəbər 1103 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +