Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


09.02.2021  17:11 

Xəzərdə suyun səviyyəsi azalıb





A+  A-

“Son dövrlər Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O qeyd edib ki, bu proses mütəmadi olaraq baş verir: “Bu, bir neçə yüz illər əvvəl də müşahidə olunurdu, indi də müşahidə olunur. Həmçinin Azərbaycan çaylarının suyunda azalma müşahidə olunur. Azərbaycan çaylarında yaxın 20 ildə sululuq 10-15 faiz azalıb. Həmçinin Volqa və Ural çaylarında da azalma müşahidə olunur. Bütün bunlar Xəzər dənizinin suyunun azalmasına gətirib çıxarıb”.

Nazirlik rəsmisi əlavə edib ki, bu proses müəyyən dövrdən sonra stabilləşəcək: “Bu, kritik vəziyyətə gətirib çıxarmayıb. Hesab edirik ki, müəyyən dövrdən sonra proses stabilləşəcək. Bununla bağlı narahatedici amil yoxdur”.

Xəbər 1993 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +