200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.08.2020  12:26 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Rusiyada son sutka ərzində daha 4 828 nəfərdə COVID- 19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 937 min 321-ə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 171 min 909 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 117 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 15 min 989-a çatıb. Ümumilikdə 749 min 423 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda son sutka ərzində daha 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 361-ə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir.

Ermənistanda sutka ərzində daha 210 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 42 056-ya çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 833-ə çatıb. Ümumilikdə 36 226 pasiyent müalicə olunaraq sağalıb, 5 748 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.

Xəbər 2152 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +