Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu


20.12.2017  14:48 

Jurnalist Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR





A+  A-

Vəkili “Xural” qəzetinin dünən saxlanılan baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov müvəkkilinin ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirib:

“Əvəz bəy izahatında da qeyd edib ki, bu, ona qarşı qurma oyundur. Qətiyyən razılaşmır. Əvəz Zeynallı dünən yolun bağlanmasına münasibətini bildirib. İnsanların hər gün o yola görə əziyyət çəkdiyini ictimailəşdirib. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsinin göstərişilə saxlanıldığını deyir. Məhz həmin şəxsin göstərişilə Əvəz Zeynallını tutublar”.

Jurnalistin xanımı Məlahət Zeynallı deyib ki, Əvəz Zeynallı bu gün Binəqədi rayon Məhkəməsinə çıxarılacaq.

Qeyd edək ki, Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama).

Xəbər 1739 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +