Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu


20.12.2017  13:21 

Sabah hava necə olacaq?





A+  A-

Dekabrın 21-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin XəzərNews.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Xəbər 1576 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +