“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.09.2017  13:21 

13 direktor işdən çıxarılıb





A+  A-

Hazırda Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilir.
XəzərNews.az xəbər verir ki, konfransda Təhsil Naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən Məhəbbət Vəliyeva əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparıb.

Bildirib ki, hazırda Təhsil idarəsinin tabeliyində 217 məktəb fəaliyyət göstərir.

Uşaqların birinci sinfə qəbulunda müsahibə sisteminin ləğv olunması da builki yeniliklərdəndir və valideynlər uşaqların sağlamlığı haqqında arayış verməklə qəbul prosesini həyata keçirir.

9-u sinif şagirdlərinin buraxılış imtahanlarında yeniliklər olub və nəticələrdə artım müşahidə olunub.

Yay müddətində Təhsil İdarəsinin tabeliyindəki 8-11-ci sinif şagirdlərinin bilik və bacarıqları haqqında məlumatlar toplanıb və yeni tədris ilində bu informasiyalardan istifadə olunacaq.

Şagirdlərin oxu qabiliyyətlərinin artırılması üçün yoxlamalar aparılıb və nəticələr bu yaxınlarda açıqlanacaq.

Təmayülləşmənin təşkili hesabat ilində əsas prioritetlərdən biri olub. ötən tədris ilində 58 məktəbdə təmayülləşmə təşkil edilib. Yeni tədris ilində isə ümumilikdə 212 məktəbdə təmayülləşmə proqramının tətbiq olması gözlənilir.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsininin müdiri Məhəbbət Vəliyeva bildirib ki, ötən tədris ilində 1 BŞTİ əməkdaşı, 35 təhsil müəssisəsi rəhbəri və 13 direktor işdən azad olunub:

"3 direktora, 78 müəllimə xəbərdarlıq edilib və 31 direktor, 78 müəllim inzibati məsuliyyətə cəlb olunub".

Xəbər 1557 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +