“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.01.2024  02:27 

İsrail Fələstinin HƏMAS hərəkatı ilə mübarizəni davam etdirəcək -Netanyahu





A+  A-

“İsrail, Beynəlxalq Haaqa Məhkəməsinin təzyiqlərinə baxmayaraq, qələbə çalana qədər Fələstinin HƏMAS hərəkatı ilə mübarizəni davam etdirəcək”.

Xəzərnews.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

“Bizi heç kim dayandıra bilməz - nə Haaqa, nə İran, nə də başqa heç kim”, - İsrailin baş naziri əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox İsrail vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.

Xəbər 1160 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +