“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.03.2021  10:43 

“Paşinyan getməli olacaq” - Rus ekspert





A+  A-

“Ermənistanın Baş naziri Nikol Paşinyan erkən seçkilərdə qalib gələcəyinə inandığı üçün belə bir addım atmağa qərar verib. Lakin məğlub olduğu təqdirdə istefa verməli olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı politoloq Sergey Mixeyev deyib.

“Bir tərəfdən, Paşinyan müxalifətin təzyiqi altında seçkiləri elan etdi və düşünür ki, seçkiləri qazanmalıdır. Bu, onun növbəti dövr üçün səlahiyyətlərini təsdiqləyəcək. Yəqin ki, qazanacağını düşünür, əks təqdirdə, getməli olacaq. Başqa variant olmayacağını düşünürəm”,- deyə ekspert qeyd edib.

Bundan əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkədə iyunun 20-də erkən seçkilərin keçiriləcəyini açıqlamışdı. Baş nazirin sözlərinə görə, martın 18-də “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanla görüşüb. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğu qənaətinə gəliblər.

Ermənistan müxalifəti isə erkən seçkilərdə səsvermə nəticələrinin saxtalaşdırılacağından narahatdır, lakin müxalif partiyalar yenə də seçkilərdə iştirak edəcəklər. Bu barədə artıq Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyası, Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, Edmond Marukyanın rəhbərlik etdiyi “Maarifləndirilmiş Ermənistan” kimi müxalifət qüvvələri bəyan edib. Bundan əvvəl Ermənistanın ikinci Prezidenti Robert Koçaryan da seçkilərdə iştirak etməyə hazır olduğunu elan etmişdi.

Müxalif “Vətənin xilası” hərəkatının lideri Vazgen Manukyan isə erkən parlament seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb. Üstəlik, siyasətçi 20 iyunda keçirilməsi planlaşdırılan bu seçkilərin ümumiyyətlə baş tutacağına şübhə etdiyini bildirib.

Xəbər 1599 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +