“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.03.2021  14:43 

Ermənistan Prezidenti Paşinyanın daha bir təklifini rədd etdi





A+  A-

Ermənistan Prezidenti Armen Sarkisyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın təqdim etdiyi vəsatəti geri qaytarıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sarkisyanın hökumətə etirazları bildirərək sənədi geri qaytardığı qeyd olunur.

Xatırladaq ki, martın 10-u Baş Qərargah rəisi Onik Gasparyanın vəzifə səlahiyyətlərinin qanuni olaraq bitməsindən sonra Nikol Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi üçün ölkə Prezidentinə vəsatət təqdim etmişdi.

Qeyd edək ki, A. Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. Ötən ilin iyun ayında isə ölkədə tətbiq olunan karantin qaydalarına baxmayaraq oğluna toy keçirdiyi məlum olduqdan sonra istefa vermiş, onun yerinə Onik Qasparyan Baş Qərargah rəisi təyin edilmişdi.

Xəbər 1671 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +