“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.06.2018  09:27 

BMT qaçqınlarla bağlı qətnamə qəbul etdi





A+  A-

BMT-nin Baş Assambleyası Gürcüstan tərəfinin təqdim etdiyi Abxaziya və Cənubu Osetiya məcburi köçkünlərinə dair qətnamə layihəsini Rusiyanın etirazına baxmayaraq qəbul edib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, qətnamənin qəbul edilməsinə 81 ölkə səs verib, 16 ölkə əleyhinə, 62 dövlət isə bitərəf qalıb.

BMT Baş Assambleyasının qətnaməsində 2008-ci ilin avqustunda baş vermiş silahlı münaqişədən sonra yaranmış humanitar vəziyyətdən və mülki əhalinin növbəti məcburi yerdəyişməsindən narahatlıq ifadə edilib.

Qətnamədə Qafqazda münaqişələr nəticəsində zərər çəkmiş olan bütün məcburi köçkünlərin və qaçqınların yaşadığı ərazilərə təhlükəsiz və maneəsiz qayıtmasının zəruriliyi qeyd edilib.

Sənəddə demoqrafik vəziyyətin zorla dəyişdirilməsinin yolverilməz olduğu qeyd olunub.

Xəbər 1468 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +