Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


22.01.2018  09:28 

“Onun ürəyini Zərdüşt Əlizadə partlatdı”





A+  A-

“Yadıma düşür ki, mən Naxçıvan Dövlət Pedaqoji Universitetində müəllim işləyəndə Xudu Məmmədov Naxçıvana gəlmişdi. Onunla görüşümüzü də xatırlayıram. O, ornamentlərin fəlsəfəsi haqqında danışırdı. Mən çox böyük təəccüblə ona qulaq asırdım və çox şeyi də anlaya bilmirdim. O danışıq məndə böyük heyrət doğurmuşdu”.
XəzərNews.az xəbər verir ki, bunu kulis.az-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, X. Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: “Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər.

Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Xəbər 2166 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +