İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


09.09.2021  11:15 

“Taliban” Kabildən təxliyyələrə icazə verdi





A+  A-

“Taliban” hərəkatı Əfqanıstandan təxliyyələr üçün çarter uçuşlarına icazə verəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata əsasən, “Taliban” ABŞ-ın Əfqanıstandan təxliyyə ilə bağlı əməliyyatları başa çatandan sonra ölkədə qalan 200 amerikalı və üçüncü ölkələrin vətəndaşlarını Kabil hava limanından çarter reysləri ilə təxliyyə etməyə icazə verəcək.

Həmçinin qeyd olunur ki, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad danışıqlar zamanı “Taliban” hərəkatını bu addımı atmağa razı sala bilib. Təyyarələrin Kabil hava limanını bu gün tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken də öz növbəsində “Taliban”ı Əfqanıstandan təxliyyələr üçün çarter uçuşlarına icazə verməyə çağırmışdı.

Xəbər 2337 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +